• Kivi piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 16 261

Tarix : 25-08-2014, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
0,5 st. limonad (yaxud sevdiyiniz başqa mineral qazlı su)
0,5 st. bitki yağı
1 st. şəkər tozu
3 yumurta
1 st. un
2 ç.q. qabartma tozu
2 x.q. xaş-xaş (bunsuz da olar)
2-3 kivi

Ştreyzel üçün:
1/4 st. şəkər tozu
1/4 st. un
50 q kərə yağı

Hazırlanması:
Şəkər tozu əriyənədək yumurta ilə çalın. Limonad və yağı əlavə edin, qarışdırın.
Unu qabartma tozu ilə qarışdırın, hissə-hissə yumurtalı qarışığa əlavə edib qarışdırın. Xaş-xaş vurun, yenə qarışdırın.

Dördbucaqlı sinini yağlayın, un səpin. Yaxud da içinə folqa çəkin.
Xəmiri içinə tökün, hamarlayın. Üstünə nazik doğranmış kivi düzün.

Ştreyzel hazırlayın: un, yağ və şəkəri qarışdırın, ovma alınacaq. Bunu piroqun üstünə səpin.

180 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə, üstü qızaranadək bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.

Nuş olsun!
Etiketlər: qarışdırın, qabartma, yumurta, Ştreyzel, əlavə, hissə, şəkər, içinə, səpin, şəkəri, alınacaq, piroqun, üstünə, hazırlayın, düzün, hamarlayın, Üstünə, nazik, doğranmış, dərəcə
BİZİ İZLƏYİN