• Çiyələk dolğulu və şokoladlı tartolet resepti

Reseptin məlumatları Baxış sayı: 2 559

Tarix : 13-08-2017, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd yumurta
1 st şəkər tozu
0.5 st süd
0.5 st qatıq
0.5 armudu st duru yağ
un
qabartma tozu
vanil

İçlik və üzəri üçün:
çiyələk cemi
krem şanti
şokolad

Hazırlanması:
İlk öncə yumurta və şəkər tozunu mikserlə çalırıq. Üzərinə süd, qatıq və duru yağ əlavə edib, mikserlə çalmağa davam edirik. Sonra aldığı qədər un, qabartma tozu , vanili də bu qarışıma tökürük və qaşıq ilə qarışdırırıq. Xüsusi tartolet qablarına töküb, 180 dərəcə isidilmiş sobada bişiririk.
Soyuduqdan sonra içərisinə çiyələk cemi qoyuruq, krem şanti (və ya istədiyiniz krem ola bilər) sıxırıq. Sonda üzərinə şokolad düzürük.

Nuş olsun!
Etiketlər: şanti, şokolad, yumurta, çiyələk, mikserlə, şəkər, qabartma, qatıq, isidilmiş, sobada, bişiririk, dərəcə, tartolet, töküb, Soyuduqdan, qablarına, içərisinə, düzürük, sıxırıq, Sonda
BİZİ İZLƏYİN