• İspanaqlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 4 301

Tarix : 28-06-2018, 18:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd yumurta,
1.5 st şəkər tozu,
1 st ispanaq püresi,
1 st duru yağ,
2 x.q. su,
1.5 st un,
1 paket vanil,
soda

Üzəri üçün:
şəkər pudrası

Hazırlanması:
Əvvəlcə ispanaqları yuyub, üzərin su əlavə edirik və blenderlə püre halına gətiririk. Daha sonra yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə duru yağ və hazırladığımız ispanaq püresini töküb, mikserlə 2-3 dəqiqə qarışdırırıq. Son olaraq un, vanil və soda əlavə edib, taxta qaşıqla qarışdırırıq. Hazırladığımız xəmiri saba qabına tökürük. Əvvəlcədən qızdırılmış 180 dərəcə istilikli sobada 30-35 dəqiqə bişiririk. Bişdikdən sonra üzərinə şəkər pudrası səpirik.

Nuş olsun!
Etiketlər: şəkər, sonra, dəqiqə, mikserlə, yumurta, qarışdırırıq, pudrası, əlavə, vanil, ispanaq, Hazırladığımız, xəmiri, üzərinə, qaşıqla, olaraq, taxta, səpirik, qabına, dərəcə, istilikli
BİZİ İZLƏYİN