• Asanlıqla hazırlaya biləcəyiniz qazanda keks resepti

Reseptin məlumatları Baxış sayı: 7 806

Tarix : 28-08-2017, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Keks üçün:
2 ədəd yumurta,
1 st. süd,
1 st. şəkər tozu,
3 x.q. kakao,
1.5 st. un,
1 paket vanil,
1 paket qabartma tozu

Üzəri üçün:
bişmiş qatılaşdırılmış süd,
cem,
mürəbbə,
krem,
meyvə

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Daha sonra kakao, qabartma tozu və vanili ələyib, yumurtalı qarışımın üzərinə əlavə edib, çalmağa davam edirik. Son olaraq süd töküb, xəmir halını alana kimi qarışdırırıq. Stəkanların içini yağlayıb, yarısına kimi hazırladığımız xəmirdən tökürük. Stəkanları qazanda az qızdırılmış suyun içinə yerləşdirib, 45-50 dəqiqə bişiririk. Kekslərimiz bişdikdən sonra üzərinə istəyə bağlı olaraq bişmiş qatılaşdırılmış süd, krem, mürəbbə və ya cem çəkib, zövqə görə bəzəyirik.

Nuş olsun!
Etiketlər: mürəbbə, qatılaşdırılmış, sonra, üzərinə, yumurta, bişmiş, olaraq, kakao, şəkər, qabartma, paket, qızdırılmış, suyun, Stəkanları, qazanda, tökürük, yağlayıb, yarısına, hazırladığımız, xəmirdən
BİZİ İZLƏYİN