• Görünüşü kimi dadı da gözəl olan cemli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 10 172

Tarix : 15-01-2018, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 qr kərə yağı
3 st un
3 x.q. şəkər pudrası
vanil
qabartma tozu
1 ədəd yumurta
4 x.q. qatıq

İçlik:
cem
1 çimdik darçın

Hazırlanması:
Əvvəlcə xəmir üçün kərə yağını əridirik. Yağ soyuduqdan sonra üzərinə un, vanil, qabartma tozu və şəkər pudrası töküb, umac edirik. Daha sonra qatıq və yumurta əlavə edib, xəmir yoğururuq. Hazır olmuş xəmiri 2 kündəyə bölürük (biri böyük, biri kiçik). Böyük kündəni yayıb, bişirəcəyimiz soba qabına qoyuruq və üzərinə cem çəkirik. Digər kündədən isə bəzəkli formalar kəsib, cemin üzərinə düzürük. Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada 20-25 dəqiqə bişiririk. Sonda üzərinə şəkər pudrası səpib, süfrəyə verə bilərik.

Nuş olsun!
Etiketlər: üzərinə, şəkər, pudrası, xəmir, qatıq, sonra, qabartma, yumurta, vanil, qabına, formalar, kəsib, cemin, bəzəkli, kündədən, qoyuruq, Digər, düzürük, çəkirik, dərəcədə
BİZİ İZLƏYİN