• Ən dadlı biskvit resepti

Reseptin məlumatları Baxış sayı: 11 595

Tarix : 18-01-2018, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Hüsniyyə


Tərkibi:
2 yumurta
6 qaşıq şəkər tozu
7 qaşıq qatıq (3/4 st )
1/2 st iysiz bitki yağı
1/2 ç.q soda
1/2 paket şəkərli vanilin
2-3 qaşıq xırdalanmış qoz ləpəsi
2 qaşıq kişmiş
3-4 ədəd xurma
2 st un

Hazırlanması:
Yumurtaları və şəkər tozunu qarışdırırıq. Üzərinə sodanı biraz qatıqda söndürürük və qatığı,vanili və bitki yağını da əlavə edib qarışdırırıq, qoz ləpəsini bıçaqla xırda doğruyuruq,kişmişi qaynar suda isladıb 15-20 dəqiqə yumşalmasını gözləyirik və onu da bıçaqla lap xırda doğruyuruq ,xurmaları da tumundan ayırıb xırda doğruyuruq və qarışıma əlavə edirik və onların xəmirin hər yerinə qarışmasına diqqət edirik və sonda unu da əlavə edib qarışdırırıq və bişirəcəyimiz qaba töküb 175'də təxminən 30-45 dəqiqə bişiririk. Mən istiyə davamlı şüşə qabda bişirirəm,əvvəlcə alt hissədə qoyuram üstü bərkiyib azca rəngi tündləşmək istəyəndə üstə qoyuram və sonda çubuqla içinin bişməsini yoxluyuram , diametri 28-34 sm olan qablarda bu ölçülərlə bişirə bilərsiz tam gedir. Nuş olsun! Reseptlə hazırlasaz mütləq mənə də göndərin şəklini və fikrinizi yazın mənə bəyəndiz yoxsa yox , mən də həvəsdən düşməyim,hərdən paylaşımlarımın boş-boşuna olduğunu düşünürəm

Nuş olsun!
Etiketlər: durur, qaşıq, xırda, qarışdırırıq, əlavə, dəqiqə, doğruyuruq, edirik, qoyuram, sonda, şəkər, bıçaqla, bitki, çubuqla, istəyəndə, tündləşmək, içinin, bişməsini, hərdən, yoxluyuram, paylaşımlarımın
BİZİ İZLƏYİN