• Ərikli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 4 089

Tarix : 19-01-2018, 12:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Hüsniyyə


Tərkibi:
125 qr kərə yağı
2 st un
4 qaşıq şəkər tozu (və ya bal)
3-4 qaşıq buzlu su

Hazırlanması:
Yağ,şəkər tozu və unu bir qaba töküb, mikserlə çırpmağa başlayırıq,ovuntu halına gəlir qarışdıqca və soyuq suyu da az-az əlavə edirik,mikserin qabının kənarlarına yapışmağa başlayanda artıq əlimizlə bir yerə yığıb kündə hazırlayırıq,streç filmə ( qida selofanı) büküb soyuducuda 1-2 saat dincəldirik.Ərikləri tumundan ayırıb 4 yerə bölürük,xəmiri istəyə görə qalın və ya lap nazik yaymaq olar,mən nazik sevirəm 0,5sm qalınlıqda yayıb ortasına azca şəkər tozu səpirik kənarları boş qoyub ortaya ərikləri səliqəylə düzürük,yenidən əriklərin üzərinə şəkər tozu səpib(çox şirin sevirsizsə çox edin şəkəri,şirin sevmirsizsə az edin),kənarları şəkildəki kimi bükürük və 180'də 30-45 dəqiqə(mən daha çox saxladım rəngi daha tünd olmasıyçün) bişirib,üzərinə şəkər kirşanı səpirik gözəl görüntü üçün,badam fileləri olsa onunla,mənim kimi tapmasaz əriklərin tumlarını bıcaqla dilimləyib onlardan üzərinə səpin azca.

Nuş olsun!
Etiketlər: şəkər, üzərinə, kənarları, şirin, əriklərin, səpirik, qaşıq, nazik, sevmirsizsə, səpib, sevirsizsə, şəkəri, ərikləri, qoyub, ortasına, ortaya, şəkildəki, düzürük, səliqəylə, yenidən
BİZİ İZLƏYİN