• Gilaslı kapkeyklər resepti

Reseptin məlumatları Baxış sayı: 3 272

Tarix : 16-12-2017, 12:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Hüsniyyə


Tərkibi:
100 qr kərə yağı
100 qr şəkər tozu
2 yumurta
1/2 çay qaşığı şəkərli vanilin
1/2 çay qaşığı qabartma tozu
1 st un (200ml-lik stəkanda)

Hazırlanması:
20-25 qırmızı gilas Kərə yağı yumşaq halda mikserlər çalırıq, krem kimi olsun və üzərinə şəkər tozunu qatıb davam edirik çalmağa şəkəri biraz əriyib yağa qarışması üçün çox qarışdırmaq məsləhətdi,ardında yumurtaları bir-bir əlavə edib qarışdırmağa davam edirik. Sonda unla birlikdə digər quru ərzaqları da əlavə edib ,spatula tipli qaşıqla qarışdırıb unu yediririk xəmirə.Bu ölçülərlə 6-7 kiçik kapkeyk alınır,qabların yarısına kimi xəmirdən töküb tumunu çıxarıb, bir-neçə yerə böldüyümüz gilasları yerləşdirib, üzərinə yenə xəmirdən töküb, 175'də 30-45 dəqiqə (bişənədək vaxt sobadan-sobaya fərq olur, ona görə tam dəqiq dəqiqə yaza bilmirəm) bişiririk .İstəsəz doğranmış gilası bütün xəmirə qarışdırıb, sonra da qablara yerləşdirə bilərsiz, çox da fərq etmir ,mən şəklini çəkəcəkdim deyə daha qəşəng olsun içləri,ona görə ortasına yerləşdirdim gilasları. Üzərinə krem şanti sıxıb gilaslar qoydum.

Nuş olsun!
Etiketlər: əlavə, edirik, davam, üzərinə, qarışdırıb, şəkər, dəqiqə, gilasları, töküb, xəmirdən, olsun, xəmirə, qaşığı, bilmirəm, sobaya, dəqiq, bişiririk, gilası, doğranmış, İstəsəz
BİZİ İZLƏYİN