• Çiyələkli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 5 823

Tarix : 25-10-2017, 12:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
80 qr. yumuşaq kərə yağı
1,5 st. un
1,5 ç.q. qabartma tozu
0,5 ç.q. duz
1 st. + 2 x.q. şəkər tozu (mən qəhvəyi şəkər tozu istifadə etmişəm)
1 yumurta
0,5 st. süd
1 ç.q. vanil ekstraktı (olmasa adi vanil)
400-500qr. çiyələk

Hazırlanması:
Sobanı 180 dərəcəyə isinməyə qoyun.
Soba qabını yağlayın. Əslində bu ərzaqlar 20 sm. qab üçün nəzərdə tutulub mən 26 sm. qabda etdiyim üçün biraz yastı alınıb.
Unu, qabartma tozunu və duzu bir qabda qarışdırın.
Yumuşaq kərə yağını və 1 st. şəkət tozunu 3 dəqiqə çalın.
Sonra yumurtanı, südü, vanili əlavə edin və aşağı sürətdə çalmağa davam edin.
Yavaş yavaş unu əlavə edin və qarışdırın.
Soba qabına xəmiri əlavə edin.
Üstünə çiyələkləri düzün. Bir birinə yaxın olsunlar. Məndə lap xırda çiyələk idi heç kesmədim.
Üstünə 2 x.q. şəkər tozu səpin.
Sobaya 180 dərəcədə 10 dəq. qoyuruq.
Sonra 160 dərəcə edib 50 dəqiqə bişiririk.
Bişmiş piroqu setkada soyuduruq. Üstünə şəkər pudrası əlavə edə bilərsiz.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: şəkər, əlavə, Üstünə, dəqiqə, çiyələk, tozunu, vanil, Sonra, qabartma, qarışdırın, qabda, çiyələkləri, düzün, birinə, yavaş, davam, çalmağa, Yavaş, yaxın, qabına
BİZİ İZLƏYİN