• Stəkanda keks resepti

Reseptin məlumatları Baxış sayı: 5 693

Tarix : 1-12-2017, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 3 yumurta
- 1 su stəkanı şəkər
- 1,5 su stəkanı un
- Yarım çay stəkanı su
- Yarım çay stəkanı duru yağ
- 1 qabardma tozu
- 1vanilin

Üzəri üçün:
- Çiyələkli kerm şanti
- Çiyələk sosu

Hazırlanması:
Dərin bir qabda yumurta və şəkəri qatıb mikserlə çırparaq qar halına gətirin. Daha sonra duru yağ və suyu əlavə edib çırpmağa davam edin. Un, qabartma tozu və vanilini də əlavə edərək, şparula ilə eyni istiqamətdə qarışdırıb unu yaxşıca yumurtalar ilə çırpın. Daha sonra dondurma stəkanlarını su stəkanlarının içərisinə qoyun.

İçərilərini yarıya qədər xəmir qoyub dondurma stəkanlarını su stəkanları ilə birlikdə soba qablarına düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin.
Keksləri sobadan çıxardıb soyumasını gözləyin. Bu arada isə krem şantini hazırlayın.

Krem şantiyə 1 stəkan süd qatıb möhkəm çırpın və soyuducuda bir az saxlayın. Daha sonra şantini soyuducudan çıxarın. Şirniyyat qaşığını suya batırıb çıxarın və şantidən qaşıqla alıb kekslərin üzərinə dondurma şəkli verib çiyələkli sosla bəzəyin.

Nuş olsun!
Etiketlər: stəkanı, sonra, dondurma, çırpın, əlavə, qatıb, çıxarın, qədər, yumurta, stəkanlarını, şantini, Yarım, gözləyin, soyumasını, arada, sobadan, sobada, qızdırılmış, dərəcə, üzəri
BİZİ İZLƏYİN