• Lvov sırniki resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 646

Tarix : 14-09-2014, 11:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
600 q yağlı kəsmik
150 q şəkər tozu
100 q kərə yağı
3 yumurta
2 bişmiş kartof
100 q kişmiş
1 x.q. limon sedrası

Qlazur üçün:
70 ml su
0,5 ç.q. 9%-li sirkə
50 q şəkər tozu
50 q tünd şokolad
ağ şokolad (bəzək üçün, gözəyarı, olmasa da olar)

Hazırlanması:
Sobanı 180 dərəcəyədək qızdırın. Sininin içinə perqament kağızı döşəyib üstünə yağ çəkin.

Kəsmiklə kartofu eynicinsli püre halına gələnədək ət maşınından keçirin. Yumşaldılmış kərə yağı, şəkər tozu əlavə edib yaxşıca qarışdırın. Yumurtanın ağını sarısından ayırın, sarılarını kəsmikli kartofa əlavə edib qarışdırın. Kişmiş və sedra əlavə edin.

Yumurtanın ağını 1 ç.q. limon şirəsi ilə çalıb ehtiyatla kəsmikli qarışığa əlavə edin.

Siniyə tökün. Sobada 30-40 dəqiqə bişirin. Tam soyudun.

Qlazur üçün su, şəkər tozu və sirkədən şərbət bişirin. Şokolad əlavə edin, qaynar-qaynar sırnikin üzərinə gəzdirin. 6-8 saat soyuducuda saxlayın. Yaxud bir gecə də saxlaya bilərsiniz.

Süfrəyə qəhvə ilə verə bilərsiniz.
Lvov sırniki resepti - FOTO RESEPT

Lvov sırniki resepti - FOTO RESEPT

Lvov sırniki resepti - FOTO RESEPT

Lvov sırniki resepti - FOTO RESEPT

Lvov sırniki resepti - FOTO RESEPT

Lvov sırniki resepti - FOTO RESEPT

Lvov sırniki resepti - FOTO RESEPT

Lvov sırniki resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, şəkər, Qlazur, kəsmikli, qaynar, limon, bişirin, şokolad, Yumurtanın, qarışdırın, ağını, bilərsiniz, çalıb, ehtiyatla, Siniyə, tökün, qarışığa, sedra, Sobada, sarılarını
BİZİ İZLƏYİN