• Kişmişli, xurmalı və qozlu keks resepti

Reseptin məlumatları Baxış sayı: 5 643

Tarix : 16-05-2018, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
2 yumurta
6 y.q. şəkər
7 y.q. qatıq
1/2 st duru yağ
1/2ç.q. soda
2 st un
2-3 y.q. xırdalanmış qoz ləpəsi (mən 1 ovuc götürdüm, qızım qozu sevir)
2 y.q. kişmiş
3-4 dənə xurma (mən vurmadım xurma, biz sevmirik onu)
1cimdik duz
vanilin

Hazırlanması:
*kişmişi əvvəldən suda 15 dəq isladın ki, şişsin. Sonra bez üstünə sərin ki taaam qurusun və bıçaqla xırdalayın. Mən xırda qara kişmişdən istifadə etdim, xırdalamadım.
1. Yumurtanı şəkərlə çalın. Bura duru yağı və qatığı (qatığın içində əvvəl sodanı söndürün) əlavə edin, qarışdırın.
2. Unu ələyin, duz vurun və biraz qarışdırın. Sonra qozu, kişmişi və xırdalanmış xurmanı ( tumunu çıxardın əlbəttdəki) əlavə edin və tam qarışdırın. Orta qatılıqda xəmir alınır.
Yağlanmış unlanmış qaba tökün və əvvldən 170t isidilmiş sobada 35-40 dəq bişirin

Nuş olsun!
Etiketlər: qarışdırın, əlavə, xurma, kişmişi, xırdalanmış, Sonra, biraz, ələyin, vurun, söndürün, qatığı, çalın, qatığın, içində, sodanı, əvvəl, xurmanı, çıxardın, əvvldən, tökün
BİZİ İZLƏYİN