• Şaftalı piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 16 491

Tarix : 15-05-2018, 12:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
2 yumurta
1 stakandan 2 barmax az şəkər
yarım stakan qatıq (mənbədə təbii və sadə (yəni meyvəsiz) yoqurt göstərilmişdi, mən qatıqla əvəz etdim)
yarım stakan zeytun yağı
1 stakan un
2 y.q. hindisdan qozu (olmasada olar)
2 çay qaşığı qabartma tozu
1 cimdik duz
2 şaftalı

Hazırlanması:
Şaftalının qabığını soymaq və orta qalınlıqda dilimlərə bölmək. Dibi yağlanmış, unlanmış qabın dibinə şaftalı dilimlərini düzmək. Mənim keks qabımın ölçüsü 22 sm, bu ölçüyə 2 şaftalı tam gəldi.
1.Yumurtanı şəkərlə çalmaq. Qatıq və yağ əlavə etmək, yaxşıca qarışdırmaq.
2. Un, qabartma tozu və duzu birbaşa yumurtalı məhlulun üstünə ələmək. Hindisdan cevizini əlavə etmək. Qarışdırmaq. Orta qatılıqda xəmir alınır.

Xəmiri şaftalı dilimlərinin üstünə tökün, 2-3 dəfə ehtiyayla o yan bu yan silkələyin ki, xəmirin artıq havası çıxsın və qabaranda eyni şəkildə qalxsın.

35-40 dəq 180t bişirin. Bişəndən sonra çıxardıb 5 dəq öz qabında soyudun, sonra tərs çevirib qabdan çıxardın və tam soyumasını gözləyin. Üstünə şəkər kirşanı səpin
Onu deyim ki, piroq çox qalxmır, havalı olmur, biraz yığcam məğzi var. Ancaq nəmli olur, boğmur adamı.

Nuş olsun!
BİZİ İZLƏYİN