• Klassik Fransız Klafuti gilaslı resepti

Reseptin məlumatları Baxış sayı: 3 338

Tarix : 13-06-2018, 12:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
500 qr. gilas (dondurulmuş olar)
1+1/2 st. süd
1 st. un
1 dolu x.q. kərə yağı
4 yumurta
1/2 st. şəkər tozu
1 limon qabığı

Hazırlanması:
1.Gilasın tumlarını çıxardın. Süzqəcə qoyun və üstünə 1 x.q. şəkər toxu səpin. Şirəsi çəkildin.
2.Soba qabını kərə yağı ilə yaxşı yağlayın və üstünə un səpin.
3.Yumurtaları şəkər tozu ilə çalırıq. Üstünə ərinmiş kərə yağını əlavə edirik, qarışdırırıq.
4.Süd əlavə edirik.
5.Əələnmiş un əlavə edirik və mikserlə çalırıq.
6.Sonda narın sürtkəcdən keçirilmiş limon qabığını əlavə edirik, qarışdırırıq.
7.Soba qabına suyu çəkilmiş gilasları qoyuruq. Qabın hamısı dolmalıdır, gilaslar yanbayan olmalıdır.
8.Gilasın şirəsini xəmirə əlavə edib qarışdırırıq.
9.Xəmiri gilasların üstünə tökürük.
10.İsinmiş sobada 180 dərəcədə 35 dəqiqə bişiririk.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, qarışdırırıq, üstünə, şəkər, Gilasın, limon, çalırıq, səpin, hamısı, dolmalıdır, Qabın, qoyuruq, qabığını, qabına, çəkilmiş, gilasları, gilaslar, şirəsini, sobada
BİZİ İZLƏYİN