• Yapon çizkeyki resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 19 947

Tarix : 8-10-2015, 16:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
250 q qaymaqlı pendir
50 q kərə yağı
140 q şəkər tozu
100 ml süd
60 q un
20 q nişasta
6 yumurta
0,5 limon şirəsi
1/4 ç.q. qabartma tozu
1 çimdik duz
şəkər pudrası
5 x.q. gavalı pavidlası
2-3 x.q. gavalı arağı

Qeyd: Yağ və pendir otaq temperaturunda olmalıdır.

Hazırlanması:
Yumurtanın ağını sarısından ayırın.

Yumurtanın ağını çalın, şəkər tozu, bir çimdik duz əlavə edib qatı köpük alınınca çalın.

Kərə yağı və qaymaqlı pendiri iri kasada mikser vasitəsilə aşağı tempdə, eynicinsli krem alınanadək çalın.

Qarışdırmağı dayandırmadan limon şirəsi və bir-bir yumurtanın sarılarını əlavə edin.

Süd əlavə edin, qarışdırın. Unu nişasta ilə ayrıca qarışdırın, sonra ehtiyatla bu qarışığa əlavə edin. Qarışdırın.

Çalınmış yumurta ağını da buraya əlavə edin, taxta qaşıqla altdan yuxarı olmaqla qarışdırın.

Kənarların açılan formanın (diametri 26 sm) içinə perqament döşəyin. Bayır tərəfini isə 3-qat folqa ilə örtün.

Hazırladığınız qarışığı formanın içinə tökün.

Sobanı 150 dərəcə C qızdırın. 1,5 l su qaynadın.

Formanı dərin siniyə yerləşdirin, onu isə sobaya qoyun. Sonra formanın hündürlüyünün yarısına çatacaq qədər sininin içinə qaynar su tökün.

60 dəqiqə bişirin. Və bu müddətdə sobanın qapağını açmayın.

60 dəqiqə bitən kimi sobadan çıxarın. Üstündəki folqanı və formanın kənarlarını açın. Qırağındakı kağızı da aralayın. Soyudun. Onu tam soyutmadan kəsməyin. Yaxşı olar ki, azı 1 saat soyuducuda saxlayasınız. İsti çizkeykdən güclü yumurta iyi gəlir. Soyuyandan sonra isə bu qoxu tamamilə itir.

İstəyə görə çizkeykin üstünə şəkər pudrası səpə, yaxud üzərinə gavalı sousu gəzdirə bilərsiniz.

Gavalı sousu: gavalı pavidlasını vam odda qızdırın, üzərinə gavalı arağı töküb qarışdırın.

Yapon çizkeyki resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, gavalı, şəkər, qarışdırın, formanın, ağını, içinə, çalın, yumurta, pendir, limon, sousu, sonra, üzərinə, Yumurtanın, tökün, qaymaqlı, şirəsi, pudrası, çimdik
BİZİ İZLƏYİN