• Qozlu piroq resepti

Reseptin məlumatları Baxış sayı: 41 413

Tarix : 17-09-2014, 23:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

200 q yağ
350 q un
100 q şəkər tozu
2 x.q. xama
3 yumurtanın sarısı
qabartma tozu

İç üçün:
3 yumurtanın ağı
150 q şəkər tozu
300 q iri üyüdülmüş qoz

Hazırlanması:
26 sm diametrli hündür divarlı sinidən istifadə edin.

Xəmir üçün olan ərzaqları qarışdırıb yoğurun. Soyuducuda 30 dəqiqə saxlayın.

Xəmiri soyuducudan çıxarıb yarı bölün. Sonra bir yarısını yenə ikiyə bölün.

3 yumurtanın ağını şəkər tozu ilə çalın, sonra üyüdülmüş qoz əlavə edin.

Xəmirin iri hissəsini perqament kağızının üstündə yayın, sonra sininin içinə tərs çevirin, qıraqlarını sininin divarları boyu qaldırın. Əgər xəmir cırılırsa, o zaman elə sininin içindəcə üst-üstə dartıb bitişdirin.

İçin yarısını xəmirin üstünə bərabər yayın.

Xəmirin digər iki kiçik hissələrindən birini yayıb için üzərinə döşəyin.

İçin qalanını bu layın üstünə bərabər yayın.

Qalan xəmiri də yayıb piroqun üstünü örtün. Qıraqlarını birləşdirin.

Sobada 180 dərəcə temperaturda 25 dəqiqə bişirin.

Sobadan çıxarandan sonra tam soyudun, sonra üzərinə şokoladlı pomada çəkin.

Nuş olsun!
Etiketlər: sonra, yayın, yumurtanın, sininin, şəkər, Xəmir, Xəmirin, üzərinə, yayıb, dəqiqə, bölün, yarısını, üyüdülmüş, üstünə, bərabər, döşəyin, qalanını, hissələrindən, xəmirin, bitişdirin
BİZİ İZLƏYİN