• Qozlu piroq resepti

Reseptin məlumatları Baxış sayı: 6 006

Tarix : 17-10-2018, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 paket vanil
150 qram xırdalanmış qoz
100 qram kərə yağı
¾ su stəkanı şəkər
1 su stəkanı un
1 paket qabartma tozu
2 yumurta
125 qram süd

Hazırlanması:
Yumurtanı mikserlə çalın və üzərinə vanil və şəkəri əlavə edin.
Əvvəlcədən yağı otaq temperaturunda yumşaldın və yumurtaya əlavə edin.
Qoz ləpəsini və qabartma tozunu una qatın və hissə-hissə süd ilə birlikdə unu yumurtalı qarışığa əlavə edib qarışdırın.
Dairə formasında olan soba qabına qida kağızı qoyun və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Hazır olduqda soyuduqdan sonra üzərinə şəkər pudrası səpin.

Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, paket, qabartma, hissə, stəkanı, vanil, şəkər, dərəcə, qoyun, əvvəlcədən, kağızı, formasında, qabına, qızdırılmış, dəqiqə, sonra, pudrası, səpin, soyuduqdan
BİZİ İZLƏYİN