• Qozlu-şokoladli karamelli pirojna resepti

Reseptin məlumatları Baxış sayı: 4 809

Tarix : 19-10-2018, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 qram peçenye (şokoladlı)
175 qram kərə yağı
120 qram qovrulmuş fındıq
250 qram südlü şokolad
1/3 su stəkanı 33%-li qaymaq
¼ su stəkanı şəkər
400 qram qatılaşdırılmış süd

Hazırlanması:
Yağı ev temperaturuda yuşaldın.
Peçenyeləri blendrlə əzin və yumşalmış yağı əlavə edin.
Soba qabı 19 sm ölçüdən böyük olmasın. Soba qabına qida kağızını elə qoyun ki, qabın yanlarını 3 sm hündürlüyündə əhatə etsin. Xəmiri qaba tökün və çəngəl ilə hamarlayın. 15 dəqiqə soyuducuda qalsın.
Bir dərin qaba qatılaşdırılmış südü tökün və üzərinə 50 qram yağ və şəkər əlavə edin.
10-15 dəqiqə aşağı odda qatışdıra-qatışdıra qovurun ki, qızılı rəng alsın.
Fındığı peçenyenin üstünə səpin və üzərinə karamelli qarışığı tökün.
Mikrodalğalı soba qabına qaymaq və şokoladı qoyun və 30 dəqiqə yüksək temperaturda əridin. Bu qarışığı da karamelli qarışığın üstünə tökün və ən azı 3 saat soyuducuya qoyun.

Nuş olsun!
Etiketlər: tökün, dəqiqə, qoyun, üzərinə, karamelli, üstünə, qabına, qarışığı, qatışdıra, əlavə, stəkanı, şəkər, qaymaq, qatılaşdırılmış, qarışığın, aşağı, əridin, dərin, soyuducuya, qalsın
BİZİ İZLƏYİN