• Tez hazırlanan meyvəli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 4 649

Tarix : 28-10-2018, 12:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 su bardağı un
1 su bardağı şəkər
2 ədəd yumurta
200 qram xama
100 qram marqarin yağı
1 paket qabartma tozu
1 paket vanil
200 qram albalı və moruq meyvəsi
50 qram şəkər kirşanı

Hazırlanması:
Yağı öncədən otaq temperaturunda yumşaldın.
Mikserlə, yağı yumurtanı və xamanı çalın.
Unla şəkər, qabartma və vanili qarışdırın və yağlı qarışığa əlavə edin. Xəmiriniz hazırdır.
Sobanı əvvəlcədən 180 dərəcə qızdırın. Yağlanmış soba qabına xəmirin yarısını əlavə edin.
Albalı meyvəsinin tumların çıxardın və moruqa birlikdə xəmirin ustunə əlavə edin.
Qalan xəmiri də meyvələrin üstünə töküb hamarlayın və sobada 30-40 dəqiqə bişirin. Soyuduqdan sonra istədiyiniz formada doğrayın.
Üzərinə şəkər kirşanı səpin.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, bardağı, kirşanı, xəmirin, qabartma, paket, xəmiri, Qalan, ustunə, birlikdə, tumların, Albalı, yarısını, meyvəsinin, meyvələrin, çıxardın, moruqa, hamarlayın, formada
BİZİ İZLƏYİN