• Kəsmikli diyetik piroq resepti

Reseptin məlumatları Baxış sayı: 4 248

Tarix : 31-10-2018, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 paçka 5%-li kəsmik (900 qram)
1 ¼ su stəkanı süd
1 portağal
5 xörək q. bal
7 ədəd yumurta

Hazırlanması:
Portağalın qabığını sürtgəcdən keçirin.
İki qab götürün və yumurtanın ağın sarısından ayırın.
Yumurtanın sarısına bal, kəsmik və portağal qabığını əlavə edib mikserlə çalın.
Bunu kənara qoyun və yumurtanın ağını köpənəcən çalın və yumurtanın sarısına qatıb asta asta qarışdırın.
26 sm ölçülü dairə formasında soba qabına qida kağızı qoyub yağlayın.
Və alınmış kütləni ora əlavə edin.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin.
Soyuduqdan sonra bir neçə saat soyuducuda saxlayıb servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: yumurtanın, çalın, əlavə, sarısına, qabığını, portağal, kəsmik, qabına, dərəcə, Əvvəlcədən, kütləni, yağlayın, kağızı, alınmış, qoyub, dəqiqə, soyuducuda, saxlayıb, servis, bilərsiniz
BİZİ İZLƏYİN