• Kəsmikli trufel resepti

Reseptin məlumatları Baxış sayı: 2 512

Tarix : 2-11-2018, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 qram kəsmik
500 qram peçenye
100 qram kərə yağı
200 qram tünd şokolad
2 xörək q. kakao tozu
100 qram şəkər
Qoz bəzək üçün

Hazırlanması:
Kəsmiyi, yumşalmış kərə yağı və şəkəri blendlə əzin.
Alınmış qarışığı iki hissəyə bölün.
Şokoladdan 50 qran ayırıb su vannasında əridin və qarışığın bir hissəsinə kakao tozu və ərinmiş şokoladı əlavə edib qarışdırın.
Yarısını saxlamaq şərti ilə qalan peçenyeləri qida kağızının üzərinə 3 sıra düzün.
Ağ kəsmikli qarışığı üzərinə hamar formad yayın. 5-6 peçenyeni xırdalayıb kəsmiyin üzərinə səpin.
Üzərinə şokoladlı kəsmik qarışığını yayın.
Qida kağızının köməyi ilə peçenyenin 2 tərəfdən qaldırın.
Trufel düzbucaq formasını alacaq.
Üzərinə qalan peçenyeləri düzün.
Kip halda qida kağızına bükün və 1 sutka soyuducuda saxlayın.
Serviz edəndə şokoladı əridin və üzərinə tökün.
Qozu xırdalayıb üzərinə səpin.

Nuş olsun!
Etiketlər: üzərinə, kəsmik, peçenyeləri, şokoladı, əridin, qalan, düzün, Üzərinə, səpin, xırdalayıb, yayın, qarışığı, kağızının, kakao, peçenyenin, tərəfdən, qaldırın, Trufel, köməyi, qarışığını
BİZİ İZLƏYİN