• Kəsmikli rulet resepti

Reseptin məlumatları Baxış sayı: 3 307

Tarix : 3-11-2018, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 ədəd yumurta
4 xörək q. qaynar su
120 qram şəkər
70 qram un
50 qrm kartof krafmalı
1 paket qabartma tozu
200 qram kəsmik
30 %-li xama və ya 100 qram maskarponi pendiri
100 qram kərə yağı
5 xörək q. bişmiş süd

Hazırlanması:
Unla kraxmalı qabartma tozu və vanili bir qabda qarışdırın.
Yumurtanı qaynar su ilə mikserlə şişənəcən çalın.
Üzərinə şəkər əlavə edib çalmağa davam edin. Yaxşı şişdikdən sonra unlu qarışığı əlaə edib qaşıqla bir istiqamətdə qarışdırın.
Kremi hazırlamaq üçün bir qab götürün. Kəsmiyi blendrlə çalın.
Üzərinə bişmiş südü əlavə edin.
Yağı ayrı qabda mikserlə ağaranacan çalıb kəsmikli qarışığa əlavə edin. Krem hazırdır.
Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
Soba listinə yağlanmış perqament kağız qoyun.
Xəmiri əlavə edib hamarlayın və 15-20 dəqiqə sobad bişirin.
Hazır olduqda isti isti rulet formasında çay dəsmalına bükün və 5 dəqiqə soyumasını gözləyin.
Yenidən açıb kremi üzərinə çəkib selikon qaşıqla hamarlayın, rulet fomasında bükün.
Üzərinə şəkər kirşanı əlavə edin.
1-2 saat soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, Üzərinə, qaynar, çalın, mikserlə, qarışdırın, bükün, rulet, hamarlayın, dəqiqə, qaşıqla, qabda, xörək, qabartma, bişmiş, saxlayın, soyuducuda, sobad, xəmirinizə
BİZİ İZLƏYİN