• Boranılı mannik resepti

Reseptin məlumatları Baxış sayı: 3 644

Tarix : 6-11-2018, 12:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ədəd boranı
250 qram turş qatıq
1,5 su stəkanı şəkər
1,5 su stəkanı mannı yarması
1 paket qabartma tozu
1 ədəd limon
0,5 su stəkanı su
100 qram kakos ovuntusu

Hazırlanması:
Boranının qabığını təmizləyin və sürtgəcdən keçirib bir dərin qaba əlavə edin.
2 su stəkanı kifayətdir.Üzərinə qatıq 0,5 su stəkanı şəkər, mannı yarması, qabartma qatın.
Limonun qabığını sürtgəcdən keçirin və boranı qarışığına əlavə edin.
Sobanı əvvəlcədən 180 dərəcə qızdırın. Dairə formasındakı soba qabını yağlayın və boranı qarışığını ora əlavə edin.
40-45 dəqiqə sobada bişirin.
Mannik bişənə qədər siropu hazırlayın 1 su stəkanı şəkər, 0,5 su stəkanı su və limonun şirəsini aşağı odda 3 dəqiqə qaynadın və piroq bişdikdə üzərinə əlavə edin.

Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, boranı, şəkər, qabığını, dəqiqə, qabartma, sürtgəcdən, qatıq, mannı, yarması, bişirin, bişənə, Mannik, sobada, qabını, yağlayın, qarışığını, qədər, siropu
BİZİ İZLƏYİN