• Almalı keks resepti

Reseptin məlumatları Baxış sayı: 808

Tarix : 18.11.2018, 12:00

Bölmə : Piroq və Kekslər, Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : menim_sufrem




Tərkibi:
5 ədəd alma,
1 st. şəkər tozu (+2 x.q.),
0.5 st. duru yağ,
1 st. qatıq (1 ç.q. qabartma),
4 ədəd yumurta,
2 st un,
1 x.q. darçın

Hazırlanması:
Əvvəlcə almaların qabığını soyub, zədələmədən içini oyuruq. Amma içini təmizləyən zaman diqqət etmək lazımdır ki, alt hissəsi açılmasın. Daha sonra yumurtaların ağını sarısından ayırıb, ağlarını 5-7 dəqiqə mikserlə qarışdışdırırıq. Yumurta sarılarının üzərinə şəkər tozu, yağ, qatıq və un əlavə edib, mikserlə qarışdırırıq. Üzərinə yumurta ağlarını əlavə edib, taxta qaşıqla aşağıdan yuxarıya doğru qarışdırırıq. Beləliklə, xəmir hazırdır.
Şəkər tozu və darçını qarışdırıb, almaların içərisinə doldururuq. Soba qabına əvvəlcə almaları düzüb, daha sonra xəmiri tökürük. Diqqət etmək lazımdır ki, xəmir almaların üzərinə tökülməsin. 180℃ istilikli sobada 25-30 dəqiqə bişiririk.

Nuş olsun!

Etiketlər: almaların, mikserlə, şəkər, etmək, lazımdır, sonra, ağlarını, dəqiqə, xəmir, içini, qarışdırırıq, qatıq, yumurta, əlavə, üzərinə, yuxarıya, Şəkər, Beləliklə, hazırdır, darçını
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica