• Şaftalılı cheesecake resepti

Reseptin məlumatları Baxış sayı: 2 828

Tarix : 6-12-2018, 12:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : r_sevdaa


Tərkibi:
Biskvit:
2 ədəd yumurta,
150 qr. şəkər tozu,
2 x.q. qatıq,
2 x.q. yağ,
1 st. un,
2 x.q. mannı,
1 paket vanil,
yarım paket qabartma tozu

AGAR:
2 x.q. agar,
200 qr bişirəcəyiniz meyvənin şirəsi və ya adı su

Ağ kütlə:
200 qr. kəsmik(9% yağlı),
200 qr. toz şəkər,
1 qutu “Ülker” (və ya “İran qaymağı”),
200 qr “Labne” pendiri (yaşıl qutu)

Meyvə sousu:
200 qr. meyvə şirəsi,
2 x.q. qarğıdalı nişastası,
200 qr. toz şəkər,
az miqdarda qida boyası (istəyə görə)

Jele:
1 paket Jele,
200 ml. soyuq su

Hazırlanması:
Əvvəlcə biskvit xəmirini hazırlayırıq. Bunun üçün yumurta, şəkər tozu və vanili qatılaşana kimi mikserlə çalırıq. Üzərinə qatıq əlavə edib, çalmağa davam edirik. Ardınca yağ əlavə edib, mikserlə bir müddət daha çaldıqdan sonra un, qabartma tozu və istəyə görə mannı əlavə edirik. Qatı xəmiri soba qabına töküb, 180 dərəcə istilikli sobada bişiririk.
Biskvit soyuyana kimi agar hazırlanır. Agarı (ağ rəngli toz şəklindədir), bişirəcəyiniz meyvənin suyunda və ya adı suda həll edirik. Qazın üzərində qaynayanadək əlimizi saxlamadan qarışdırırıq.
Kəsmiyi setkadan (və ya blender, mikserlə tam açırıq) keçiririk. Üzərinə şəkər tozu əlavə edib, mikserlə qarışdırırıq. Ardınca qaymaq əlavə edirik. Mikserin aşağı sürətilə çalırıq. Ardınca “Labne” pendiri tökürük və qaşıqla qarışdırırıq. Son olaraq bişirdiyimiz isti agarı töküb, qarışdırırıq. Zövqə görə xırda doğranmış meyvə də əlavə etmək olar.
Biskvitin alt tərəfini düz olması üçün üstə olmaq şərtilə çeviririk. Şaftalı dilimlərini formanın kənarlarına düzürük. Hazır ağ kütləni töküb, şpatelle ilə hamarlayırıq. Bərkiməsi üçün soyuducuda 1 saat saxlayırıq.
Meyvə sousu üçün təbbi meyvələdən 1 st. şirə çəkib, üzərinə aroma verməsi üçün 100 ml.”Vita1000″ in əlavə edirik. Ardınca nişasta, şəkər tozu və az miqdarda qida boyası (istəyə görə) töküb, yaxşıca qarışdırırıq. Qazın üzərində qaynayanadək qarışdırmağa davam edirik. İlıq istifadə edəcəyimiz üçün soyumağa qoyuruq.
Jeleni soyuq suya töküb, qarışdırırıq. Qazın üzərində əlimiz saxlamadan qaynayana kimi qarışdırırıq.
Qeyd. Jele – bitki mənşəli olub, əsasən meyvələrdən alınır və tortlara parlaqlıq verməklə yanaşı üzərindəki meyvələri uzun müddət təzə saxlayır.
Azca soyutduqdan sonra (ilıqdan biraz istti olsun, çox soyusa bərkiyib kəsiləcək və yayılmayacaq) Cheesecake-in üzərinə gəzdiririk. Bütün hər tərəfinə bərabər yayırıq.
Hazırladığımız cheesecake-i 8-10 saat soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, qarışdırırıq, edirik, şəkər, töküb, mikserlə, Ardınca, Qazın, istəyə, üzərində, sonra, paket, Biskvit, üzərinə, boyası, miqdarda, davam, müddət, saxlamadan, meyvəsini
BİZİ İZLƏYİN