• Tərəvəzli keks resepti

Reseptin məlumatları Baxış sayı: 17 466

Tarix : 3-05-2016, 11:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
130 q un
3 yumurta
3 bolqar bibəri (yaşıl, qırmızı və sarı)
1 qabaq
30 q zeytun yağında pomidor
30 q çərdəksiz qara zeytun
1 diş sarımsaq
100 q isveç pendiri
100 ml zeytun yağı + 5 ml tərəvəzlər üçün
cəfəri, keşniş, şüyüt, göy soğan
1 paket qabartma tozu
1 ç.q. şəkər tozu
duz
qırmızı istiot

Hazırlanması:
Bibərləri xırda, qabağı kubik doğrayın.

5 ml zeytun yağında 1 dəqiqə qovurun. Ocaqdan götürün. Sonra bunu yağı və şirəsi ilə birlikdə xəmirə əlavə edəcəksiniz.

Sobanı 180 dərəcə qızdırın.

Yumurtaları yüngülcə çalın.

Göyərtini doğrayın.

Pendiri sürtgəcdən keçirin.

Zeytunları yarı bölün.

Zeytun yağındakı pomidorları doğrayın.

Bir ləyənə un tökün, ortasını çalalayın, yumurtanı, qabartma tozunu, pendiri, duz, şəkər tozu, azca qırmızı istiot, 100 ml zeytun yağı, əzilmiş sarımsaq, pomidor, zeytun əlavə edib, yaxşıca qarışdırın. Sonda qovurduğunuz tərəvəzləri və göyərtini də əlavə edib bir daha taxta qaşıqla qarışdırın.

Siniyə töküb 45 dəqiqə sobada bişirin. Kibrit və ya diş çöpü ilə bişib-bişmədiyini yoxlayın.

Nuş olsun!
Etiketlər: zeytun, doğrayın, əlavə, qırmızı, pendiri, qabartma, qarışdırın, dəqiqə, sarımsaq, şəkər, istiot, yağında, pomidor, ləyənə, pomidorları, tökün, çalalayın, tozunu, yumurtanı, olsun
BİZİ İZLƏYİN