• Kiçik qablarda albalılı qozlu piroq resepti

Reseptin məlumatları Baxış sayı: 31 120

Tarix : 31-05-2014, 19:59

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200-250 q albalı
2/3 st un
50 q kərə yağı
1/2 st şəkər tozu(2 x.q üstü üçün)
50 q qovrulmuş qoz ya da badam ləpəsi

Hazırlanması:
Unu bir qaba ələyib yağ ilə ovuruq.
Şəkər tozunu əlavə edib qarışdırırıq.
Albalıların tumunu çıxarıb qablara yığırıq.
180 dərəcə qızdırılmış sobada 10 dəqiqəyə bişiririk.
Sonra üstünə şəkər tozu səpirik. (Şəkər tozundan 2 x.q götürüb dörd qaba tökürük)
Qoz ləpəsini bıcaqla doğrayırıq.
Qoz ləpəsini də albalının üstünə tökürük.
Sonra ovxantını səpirik.
Yenidən 180 dərəcə qızdırılmış sobada üzü qızılı rəngdə olanadək bişiririk.

Nuş olsun!
Etiketlər: bişiririk, sobada, dərəcə, Sonra, üstünə, ləpəsini, tökürük, səpirik, Şəkər, qızdırılmış, şəkər, bıcaqla, doğrayırıq, albalı, albalının, götürüb, tozundan, ovxantını, olanadək, olsun
BİZİ İZLƏYİN