• Üzüm piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 414

Tarix : 28-09-2014, 12:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:foto
150 q un
1/4 ç.q. duz
1/2 ç.q. qabartma tozu
120 q otaq temperaturunda kərə yağı
120 q şəkər tozu
1 ç.q. vanilli şəkər
2 iri yumurta
250-300 q üzüm

Hazırlanması:
Unu duz və qabartma tozu ilə birlikdə ələyin.

Yağı adi və vanilli şəkər tozu ilə krem halına gələnədək çalın. Bir-bir yumurtaları əlavə edib hər birindən sonra yaxşıca çalın.

Unu əlavə edib eynicinsli xəmir alınanadək qarışdırın.
Üzüm piroqu resepti - FOTO RESEPT


Xəmiri diametri 21-16 sm olan, kərə yağı ilə yağlanmış siniyə tökün. Hamarlayın. Üstünə üzüm dənələri düzün (çərdəyi varsa, çıxarın, çox iri gilələri yarı bölün).
Üzüm piroqu resepti - FOTO RESEPT


180 dərəcə qızdırılmış sobada təxminən 45 dəqiqə bişirin. Hazır olub-olmadığını diş, yaxud kibrit çöpü ilə yoxlayın.

Soyudun, doğrayın.
Üzüm piroqu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, vanilli, çalın, əlavə, qabartma, bölün, dərəcə, qızdırılmış, sobada, gilələri, çıxarın, dənələri, düzün, çərdəyi, varsa, təxminən, dəqiqə, kibrit, yoxlayın, Soyudun
BİZİ İZLƏYİN