• Kəsmikli dietik piroq resepti

Reseptin məlumatları Baxış sayı: 13 178

Tarix : 15-06-2018, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 paçka 5%-li kəsmik (900 qram)
1 ¼ su stəkanı süd
1 portağal
5 xörək q. bal
7 ədəd yumurta

Hazırlanması:
Portağalın qabığını sürtgəcdən keçirin. İki qab götürün və yumurtanın ağını sarısından ayırın. Yumurtanın sarısına bal, kəsmik və portağal qabığını əlavə edib mikserlə çalın. Yumurtanın ağını köpənəcən çalın və sarısı ilə asta-asta qarışdırın. 26 sm ölçülü dairə formasında soba qabına qida kağızı qoyub yağlayın və alınmış kütləni ora əlavə edin. əvvəlcədən qızdırılmış sobada 40-50 dəqiqə bişirin. Soyuduqdan sonra bir az da soyuducuda saxlayıb servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: Yumurtanın, əlavə, çalın, qabığını, ağını, kəsmik, portağal, kütləni, bilərsiniz, əvvəlcədən, yağlayın, qabına, kağızı, qoyub, alınmış, qızdırılmış, sonra, servis, soyuducuda, Soyuduqdan
BİZİ İZLƏYİN