• Asan Yeni İl keksi (tortu) resepti

Reseptin məlumatları Baxış sayı: 3 762

Tarix : 9-11-2018, 19:40

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
50 qr kakao
240 ml. qaynar su
175 qr un
2 çay qaşığı qabartma tozu
Yarım çay qaşığı duz
1 paket vanil
113 qr kərə yağı
200 qr şəkər tozu
2 yumurta

Üzəri üçün:
Kokos

Hazırlanması:
Kakao ilə qaynar suyu yaxşıca qarışdırıb soyuması üçün kənarda gözlədin. Un, qabartma tozu və duzu bir kasaya əlavə edib qarışdırın.

Yumşaldılmış kərə yağı və şəkəri mikserlə yaxşıca çalın. Yumurtaları bir-bir əlavə edərək qarışdırın. Vanil və un qarışığını əlavə edib, çalın. Son olaraq kakao qarışığını əlavə edərək qarışdırın.

Qarışığı ulduz şəkilli tort qəlibinə əlavə edib 190 dərəcəyə sobada diş çöpü batıranda təmiz çıxana qədər bişirin. Sobadan çıxarıb soyumağa qoyun. Keksi qəlibdən çıxarıb üzərinə bol kokos ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: əlavə, qarışdırın, edərək, qarışığını, çıxarıb, yaxşıca, çalın, qaşığı, kakao, qabartma, qaynar, təmiz, çıxana, qədər, bişirin, batıranda, sobada, şəkilli, qəlibinə, dərəcəyə
BİZİ İZLƏYİN