• Limonlu mərmər keks resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 362

Tarix : 1-10-2014, 19:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Patokalı xəmir üçün:

230 q un
0,5 ç.q. soda
0,5 ç.q. darçın
1/4 ç.q. üyüdülmüş muskat cevizi
1/4 ç.q. üyüdülmüş mixək
90 q kərə yağı (otaq temperaturunda)
60 q qəhvəyi şəkər tozu (adisi də olar)
3 yumurtanın sarısı
200 q tünd patoka
100 q qatıq və ya xama

Limonlu xəmir üçün:
230 q un
0,5 ç.q. soda
90 q kərə yağı (otaq temperaturunda)
200 q şəkər tozu (adisi də olar)
1 ortaboy limonun sedrası (sürtgəcdən keçirilmiş)
1 st. limon şirəsi
200 q qatıq və ya xama
3 yumurtanın ağı
1 çimdik duz

Hazırlanması:
Patokalı xəmir:
Unu ədviyyat və soda ilə birlikdə ələkdən keçirin. Bir kənara qoyun.

Kərə yağını şəkər tozu ilə krem halına gələnədək çalın. Bir-bir yumurtanın sarısını əlavə edərək hər birindən sonra çalın.

Qatıq və patoka əlavə edin.
Limonlu mərmər keks resepti - FOTO RESEPT


Eynicinsli kütlə alınanadək çalın. Un qarışığını əlavə edib çalın. Bir kənara qoyun.

Limonlu xəmir: Unu soda ilə birlikdə ələkdən keçirin.

Yağı şəkər tozu, limon şirəsi və sedra ilə çalın. Qatıq əlavə edib bir daha çalın.
Limonlu mərmər keks resepti - FOTO RESEPT


Un qarışığını əlavə edib eynicinsli kütlə alınanadək çalın.
Yumurta ağını ayrıca, azca duz əlavə edərək möhkəm çalın (beze kimi).
Limonlu mərmər keks resepti - FOTO RESEPT


Səliqə ilə xəmirə əlavə edib qarışdırın.
Limonlu mərmər keks resepti - FOTO RESEPT


Yağlanmış siniyə növbəli şəkildə patokalı və limonlu xəmiri qoyun (bir neçə hissəni növbələyin).
Limonlu mərmər keks resepti - FOTO RESEPT


Bir çöp götürüb xəmirə batırın, mərmər effekti yaratmaq üçün 3-4 dəfə sağa-sola (xaotik) gəzdirin.

180 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.

Bişəndən sonra dəmir şəbəkənin üstünə çevirin, soyudun.
Limonlu mərmər keks resepti - FOTO RESEPT


Patokalı xəmir açıq rəngli alınır, ancaq bişəndə rəngi tündləşir.

Nuş olsun!
Etiketlər: çalın, əlavə, xəmir, şəkər, Patokalı, qoyun, yumurtanın, ələkdən, şirəsi, birlikdə, kənara, edərək, qarışığını, xəmirə, alınanadək, kütlə, sonra, Qatıq, limon, keçirin
BİZİ İZLƏYİN