• Nağılsayağı çiyələkli rulet resepti

Reseptin məlumatları Baxış sayı: 5 161

Tarix : 10-01-2019, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Biskvit üçün:
4 yumurta
100 qram şəkər
20 qram kakao tozu
1 paket qabartma tozu
100 qram un

İçlik:
600 qram çiyələk
250 qram 33 %-li qaymaq
1 paket vanil
1 su stəkanı cem

Hazırlanması:
Yumurtanı şəkərlə mikserlə çalın.
Una kakao və qabartmanı qatın və yumurtaya əlavə edib qarışdırın.
30-40 sm ölçülü soba qabına qida kağızı qoyun və əvvəlcədən qızdırılmış 180 dərəcə sobada 10 dəqiqə bişirin.
3-4 çiyələk saxlamaq şərti ilə qalanlarını 3-4 hissəyə bölün.
Çay dəsmalını nəm edin və biskviti onun üstünə qoyub rulet formasında dəsmal ilə birlikdə büküb kənara qoyun.
Qaymağı şəkərlə mikserlə çalın. Üzərinə çəkmək üçün bir hissəsini kənara qoyun.
Soyumuş bistvitin üzərinə cem çəkin və qaymağı, sonra da çiyələkləri yayın.
Dəsmalın köməyi ilə biskviti ynidən rulet formasınfa bükün.
Üzərinə qaymaqlı qarışıqdan çəkin və bütöv çiyələklə bəzəyin.

Nuş olsun!
Etiketlər: qoyun, mikserlə, şəkərlə, çalın, Üzərinə, çəkin, çiyələk, kənara, rulet, biskviti, kakao, paket, Soyumuş, bistvitin, üzərinə, büküb, hissəsini, çəkmək, formasında, birlikdə
BİZİ İZLƏYİN