• Kəsmikli-moruqlu piroq resepti

Reseptin məlumatları Baxış sayı: 4 236

Tarix : 14-01-2019, 12:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 qram kərə yağı
1 yumurta
50 qram şəkər
220 qram un
1 paket qabartma tozu

İçlik:
400 qram kəsmik
100 qram xama
80 qram şəkər
1 paket vanil
20 qram nişasta
2 yumurta
250 qram moruq

Hazırlanması:
xəmiri hazırlamaq üçün yağı, şəkəri və unu blenderlə çalırıq. Sonra yumurta və qabartmanı əlavə edib xəmiri hazırlyıyıq.
21 sm ölçülü soba qabına qida kağızı qoyun və xəmiri əllə qaba elə yerləşdirin ki, qabın divarları da bağlansın. Xəmiri bir neçə tərəfdən çəngəl ilə deşin və soyuducuya qoyun.
İçliyi hazırlamaq üçün kəsmik, vanil, nişasta və xamanı blendrlə çalın. Yumurta ilə şəkəri ayrı qabda mikserlə çalın və kəsmiyli qarışığa əlavə edin.
Moruqları əvvəlcədən yuyun və içliyə əlavə edin.
Xəmiri soyuducudan götürün və hazırladığınız içliyi ora əlavə edin.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 50-60 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, xəmiri, yumurta, hazırlamaq, şəkəri, qoyun, çalın, Xəmiri, paket, kəsmik, şəkər, vanil, nişasta, Moruqları, yuyun, qarışığa, əvvəlcədən, qabda, Yumurta, içliyə
BİZİ İZLƏYİN