• Karamelli çizkeyk resepti

Reseptin məlumatları Baxış sayı: 3 733

Tarix : 17-01-2019, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 qram yubileyni peçenye
165 qram kərə yağı
33%-li qaymaq
½ xörək q. jelatin
750 qram maskarponi pendiri
200 qram qəhvəyi şəkər
1 banka qaynadılmış süd

Bəzək üçün:
Badam

Hazırlanması:
20 sm ölçülü soba qabı götürün və qida kağızı qoyun.
Peçenyeni blendrlə xırdalayın və 125 qram əridilmiş yağ əlavə edib qarışdırın.
Soba qabına elə əlavə edin ki, qabın yanlarını da örtsün. 30 dəqiqə soyuducuda saxlayın.
Jelatiin suda isladın ki şişsin və qaymaqla qarışdırın.
Üzərinə 155 qram şəkər əlavə edin və çalın.
Başqa bir qabda qaynadılmış südlə 45 qram şəkər və 40 qram yağı qarışdırın və aşağı odda qaynayanadək 5 dəqiqə qarışdırın.
Maskarponi pendirini də bu qarışığa qatın və qaymaqla birləşdirin.
Alınmış kremi peçenyenin üzərinə tökün və 4 saat soyuducuda saxlayın. Üzərinə badamı xırdalayın və səpin.

Nuş olsun!
Etiketlər: qarışdırın, şəkər, əlavə, qaynadılmış, Üzərinə, qaymaqla, dəqiqə, xırdalayın, saxlayın, soyuducuda, südlə, qabda, çalın, şişsin, aşağı, Başqa, Maskarponi, üzərinə, peçenyenin, tökün
BİZİ İZLƏYİN