• Süfrələrin kraliçası trəliçə resepti

Reseptin məlumatları Baxış sayı: 5 526

Tarix : 28-03-2019, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 yemək qaşığı irmik,
5 ədət yumurta,
1 su stəkanı duru yağ,
10 yemək qaşığı un,
10 yemək qaşığı şəkər,
1 paket qabartma tozu,
1 paket vanilin,

Şərbəti üçün:
5 su stəkanı soyuq süd,
400 milli litrə krema,
2 yemək qaşığı süd tozu,
5 yemək qaşığı toz şəkər,

Karameli üçün:
1 yemək qaşığı marqarin,
5 yemək qaşığı toz şəkər,
1 paket krema,

Hazırlanması:
Yumurta və şəkəri qarışdırma qabına alaraq rəngi dəyişənə qədər çırpın.
Yağı yavaşca əlavə edərək yenidən çırpmaya davam edin.
Daha sonra un, irmik, qabartma tozu, vanilini də əlavə edib qarışdırın.
Qarışdırdığınız ərzaqlara digər ərzaqları da əlavə edib qarışdırın.
Hazırladığınız xərci fırın sinisinə tökün.
Əvvəlcədən 170 dərəcə qızdırılmış fırında 40 45 dəqiqə bişirin.
Şərbət üçün olan bütün ərzaqları bir kasaya alın.
Süd köpüklənənə qədər çırpın və soyuducuya qoyun.
Karameli hazırlamaq üçün şəkəri teflon tavaya qoyub karamel halına gələnə qədər bişirin.
Marqarin və kremi də əlavə edib qarışdırın.
Keks ilıq halda olan zaman dilimləyərək kürdan yardımı ilə dəliklər açın.
Soyuq şərbəti keksin üzərinə tökün.
Keks şərbəti tamamən çəkdikdən sonra üzərinə karamel tökərək servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, yemək, əlavə, qarışdırın, paket, qədər, şəkər, çırpın, bişirin, sonra, karamel, tökün, irmik, ərzaqları, şəkəri, stəkanı, krema, qabartma, Karameli, üzərinə
BİZİ İZLƏYİN