• Jozefina piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 25 521

Tarix : 3-10-2014, 13:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yağlı, qat-qat xəmir üçün:

1 yumurta
2 x.q. limon şirəsi
1 x.q. şəkər tozu
1 ç.q. duz
vanil
3 st. un
1 st. soyuq su
250 q marqarin

Bişmiş krem üçün:
1,5 st. süd
4 yumurtanın sarısı
1 natamam st. şəkər tozu
vanil
200 q kərə yağı
1 x.q. konyak
1,5 x.q. qovrulmuş un (yağsız)
150 q quru meyvə qarışığı

6 alma

Hazırlanması:
Yağın 100 qramını unun içinə qoyub bıçaqla döyün. Yumurta, limon şirəsi, şəkər tozu, duz, vanil, un və 1 st. soyuq su əlavə edərək qarışdırın (ovuntuq kimi olmalıdır, çox yoğurmaq lazım deyil).

Yağın qalan hissəsini (150 q) 2-3 x.q. unla bıçaqla döyün.

Ovuntuqdan ibarət xəmiri dördbucaq formasına salın, yayın, unla qarışdırdığınız yağı ortasına qoyun, zərf kimi bükün. Sonra ortadan iki büküb soyuducuda saxlayın. Yarım saat sonra çıxarıb yayın, iki qatlayıb yenə soyuducuda saxlayın. Proseduru 3-4 dəfə təkrarlayın.

Sonra hazır xəmiri yayın, eni 5-6, uzunu 20 sm olan şəridlərə doğrayın (24 şərid alınmalıdır. Əslində bütöv olaraq 3 yerə də bölmək olar, ancaq belə daha asandır). Şəridlərin üstünə xırda doğranmış alma səpin, çəngəllə bir neçə yerdən deşin, şəkər tozu səpin, sinidə yan-yana düzün və sobada qızılı rəng alanadək bişirin.

Krem: 4 yumurtanın sarısını çalın, tavada yağsız qovrulmuş un, şəkər tozu, süd əlavə edib çalın. Ocağın üstünə qoyun. Daim qarışdırın. Qatılaşanda ocaqdan götürün. Bir qədər soyuduqdan sonra vanil əlavə edin. Bunu kərə yağı ilə çala da bilərsiniz. Kremin yarısına konyak, yarısına quru meyvə qarışığını (kişmiş, ərik və s.) əlavə edib qarışdırın.

Piroqu yığın: Şəridləri hərəsində 8 olmaqla 3 yerə bölün. 8 şəridi yanaşı düzün, üstünə konyakla qarışdırılmış bişmiş krem (bir qədər isti) çəkin. Digər 8 şəridi üstünə düzün. Üstünə quru meyvələrlə qarışdırılmış bişmiş krem çəkin. Üçüncü dəst 8 şəridi də bunların üstünə düzün. Bu qatın üstünə kremi çox qoyun. Üstünə qoz, yaxud fındıq səpin. Tortu soyuducuda bir gecə saxlayın.

Nuş olsun!
Etiketlər: üstünə, şəkər, düzün, əlavə, vanil, saxlayın, səpin, qoyun, şəridi, yayın, soyuducuda, qarışdırın, qədər, bişmiş, qarışdırılmış, döyün, sonra, Sonra, yarısına, çəkin
BİZİ İZLƏYİN