• Portağallı qarğıdalı piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16611

Tarix : 4.10.2014, 15:00

Bölmə : Piroq və Kekslər, Şərbətli şirniyyatlar, Meyvəli şirniyyatlar, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
160 q qarğıdalı unu
150 q üyüdülmüş badam (yaxud qoz, fındıq)
250 q kərə yağı
150 q şəkər tozu
1 portağalın sedrası
60 ml portağal şirəsi
3 yumurta
1 x.q. portağal likörü (kuantro, kürasao, qran marnye və s. - vurmasanız da, olar)
1/4 ç.q. duz

Şərbət üçün:
60 ml portağal şirəsi
50 q şəkər tozu

Hazırlanması:
Qarğıdalı unu və badam ununu qarışdırıb bir kənara qoyun.
Portağallı qarğıdalı piroqu resepti - FOTO RESEPT


Yumşaldılmış kərə yağı, şəkər tozu, sedra və duzu mikserlə krem qatılığına gələnədək çalın. Bir-bir yumurta sarılarını əlavə edib hər birindən sonra yaxşıca çalın. Portağal şirəsi və likör (əgər istifadə edirsinizsə) əlavə edin, yenə çalın.
Portağallı qarğıdalı piroqu resepti - FOTO RESEPT


Qarğıdalı və badam ununun qarışığını əlavə edin, qarışdırın.
Portağallı qarğıdalı piroqu resepti - FOTO RESEPT


Başqa qabda yumurta ağlarını mikserlə möhkəm çalın.
Portağallı qarğıdalı piroqu resepti - FOTO RESEPT


Xəmirə əlavə edib qaşıqla aşağıdan yuxarıya doğru qaldırmaqla qarışdırın.
Portağallı qarğıdalı piroqu resepti - FOTO RESEPT


Kərə və ya bitki yağı çəkilmiş formaya tökün.

160 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin. Bişib-bişmədiyini kibrit və ya diş çöpü ilə yoxlayın.

Bu müddətdə şərbəti hazırlayın: tayqulpa portağal şirəsi və şəkər tozunu tökün, ocağın üstünə qoyun. Şəkər tozu əriyənədək qarışdırın. Götürün.

Hazır piroqu sobadan çıxarıb isti-isti üstünə şərbət gəzdirin.

Otaq temperaturunadək soyudun.
Portağallı qarğıdalı piroqu resepti - FOTO RESEPT


Nuş olsun!


Etiketlər: portağal, şirəsi, çalın, əlavə, şəkər, yumurta, qarışdırın, badam, üstünə, qoyun, tökün, Qarğıdalı, mikserlə, bişirin, təxminən, sobada, Bişib, bişmədiyini, yoxlayın, kibrit
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN