• Fondan resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 857

Tarix : 4-10-2014, 20:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
100 q tünd şokolad
100 q kərə yağı
2 yumurta
75 q şəkər tozu
1 ç.q. vanilli şəkər tozu
50 q un
kakao
şəkər pudrası
Fondan resepti - FOTO RESEPT


Hazırlanması:
Şokoladı xırdalayın. Yağı doğrayın. Bir qaba qoyun, su hamamında əridib bir kənara qoyun.
Fondan resepti - FOTO RESEPT


Yumurtanı adi və vanilli şəkərlə çalın. Un əlavə edib eynicinsli xəmir hazırlayın.
Fondan resepti - FOTO RESEPT


Şokoladlı qarışığı xəmirə əlavə edin.
Fondan resepti - FOTO RESEPT


Formaları kərə yağı ilə yağlayıb üstünə kakao səpin.
Fondan resepti - FOTO RESEPT


Şokoladlı xəmiri içlərinə tökün. 200 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Keksin qıraqları bərk, ortası yumşaq olmalıdır.

Fondanları boşqaba tərs çevirin, formaları çıxarın. Üstünə şəkər pudrası səpin. Süfrəyə dondurma və ya giləmeyvə ilə verin.
Fondan resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, əlavə, Şokoladlı, qoyun, pudrası, kakao, səpin, vanilli, yumşaq, ortası, qıraqları, Keksin, sobada, dərəcə, qızdırılmış, dəqiqə, bişirin, çevirin, dondurma, Süfrəyə
BİZİ İZLƏYİN