• Şokoladlı-kokoslu rulet resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 41 076

Tarix : 5-10-2014, 19:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər / Praktik reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : Yox


Tərkibi:
200 q şəkərli peçenye
1 x.q. kakao tozu
100 ml su
1 st. kokos yonqarı
0,5 banka qatılaşdırılmış süd

Hazırlanması:
Suyu qaynadıb soyudun. Şəkərli peçenyenin şokoladlısından istifadə edirsinizsə, kakao tozuna ehtiyac qalmır. Adi, şokoladlı, yaxud şahmat naxışlı peçenye yarayar. Peçenyeni həvəngdə, yaxud blenderdə xırdalayın.
Şokoladlı-kokoslu rulet resepti - FOTO RESEPT


Kakao tozu əlavə edin
Şokoladlı-kokoslu rulet resepti - FOTO RESEPT


Qaynanmış suyu töküb qarışdırın.

Xəmir kimi alınır. Onu perqament kağızının üstünə qoyub oxlovla yayın. Cırıla bilər, amma qorxusu yoxdur, bir qırağından kəsib deşiyin üstünə qoyun, yenidən yayın.

Kvadrat, yaxud düzbucaqlı formada kəsin.
Şokoladlı-kokoslu rulet resepti - FOTO RESEPT


İç: kokos yonqarını qatılaşdırılmış südlə qarışdırın.
Şokoladlı-kokoslu rulet resepti - FOTO RESEPT


Bu qarışığı perqament kağızının üstünə qoyun. Üstünə eyni ölçüdə daha bir perqament kağızı qoyub, oxlovla yayın.
Şokoladlı-kokoslu rulet resepti - FOTO RESEPT


Sonra üstdəki perqamenti ehtiyatla götürün, içi isə ehtiyatla peçenye əsaslı korjun üstünə çevirin. Azca üstündən basa-basa perqament kağızını səliqə ilə götürün.
Şokoladlı-kokoslu rulet resepti - FOTO RESEPT


Korjun altındakı perqamentin köməyilə rulet kimi bükün. Perqamentə büküb soyuducuda bir qədər saxlayın.
Şokoladlı-kokoslu rulet resepti - FOTO RESEPT

Şokoladlı-kokoslu rulet resepti - FOTO RESEPT


İti bıçaqla kəsin, kokos yonqarı ilə bəzəyin.
Şokoladlı-kokoslu rulet resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üstünə, perqament, yayın, kokos, yaxud, peçenye, ehtiyatla, qoyun, oxlovla, qoyub, qarışdırın, kağızının, qatılaşdırılmış, kakao, kəsin, yonqarı, götürün, üstdəki, perqamenti, kağızı
BİZİ İZLƏYİN