• Mannik piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 41 207

Tarix : 1-06-2014, 08:08

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Mannik hələ XIII əsrdən sevilən şirniyyat növlərindən biri hesab edilməkdədir.
Lakin illər keçdikcə onun da resepti bir qədər dəyişmiş, tərkibinə yeni ərzaqlar daxil edilmişdi.
Mannik piroqunun hazırlanmasında süddən, xamadan, qatıq və yoqurtdan istifadə edə bilərsiniz.

Tərkibi:
Yumurta – 3 ədəd;
Manna yarması – 1 st.;
Xama – 1 st.;
Şəkər tozu – 1 st.;
Çay sodası – ½ ç/q.

Hazırlanması:
Yumurtanı şəkər tozu ilə qarışdırıb, üzərinə manna yarmasını və xama ilə çay sodası qarışığını əlavə edirik.
Xəmir oladilərin xəmirinə bənzəyir, onu yağ sürtülmüş formaya tökürük və 160-180 dərəcə temperaturda 50-60 dəqiqə bişiririk.
Xəmirə zövqə görə kişmiş, fındıq və digər çərəzlər qatmaq olar.
Mannik bişəndən sonra onu süfrəyə qatılaşdırılmış südlə və ya mürəbbəylə vermək olar.

Nuş olsun!
Etiketlər: Mannik, sodası, sürtülmüş, bənzəyir, formaya, tökürük, dərəcə, xəmirinə, temperaturda, Xəmir, yarmasını, manna, qarışığını, əlavə, dəqiqə, edirik, oladilərin, bişiririk, qatılaşdırılmış, süfrəyə
BİZİ İZLƏYİN