• Mələyin göz yaşları resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 31 325

Tarix : 7-10-2014, 23:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Əsas üçün:

1 st. un
1 ç.q. qabartma tozu
80 q yağ
2 x.q. şəkər tozu
1 orta boy yumurta

İç üçün:
500 q kəsmik
0,5 st. şəkər tozu
3 yumurtanın sarısı
1 x.q. mannı yarması
100 q xama və ya çox qatı qaymaq
vanil

Sufle üçün:
3 yumurtanın ağı
3 x.q. şəkər pudrası

Hazırlanması:
Əsas: unu qabartma tozu ilə qarışdırın, kərə yağı ilə bıçaqla döyun. Yumurtanı şəkər tozu ilə çalın, yağlı unla qarışdırıb xəmir yoğurun. Hazır xəmiri qida plyonkasına büküb soyuducuda 30 dəqiqə saxlayın.

İç: bütün inqredientləri blenderdə eynicinsli kütlə halına gələnədək qarışdırın.

Sufle: yumurtanın ağını arada şəkər pudrası əlavə edərək möhkəm çalın. Əgər pis çalsanız, o zaman "göz yaşları" çıxmaz.

Xəmiri soyuducudan çıxarın. Formaya (d. 24 sm) 0,5 sm qalınlıqda döşəyin, kənarlarını qaldırın.

Üstünə iç qoyun.
Mələyin göz yaşları resepti - FOTO RESEPT


180 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə bişirin. Sonra çıxarın, üstünə sufleni də qoyub daha 10-15 dəqiqə, qızılı rəng alınca bişirin. Çox saxlamayın, əməyiniz zay olar.
Mələyin göz yaşları resepti - FOTO RESEPT


Sobanı söndürün, qapağını açın və tortu bu vəziyyətdə soyumağa qoyun. Sufle azacıq çökəcək, amma qorxmayın, bu, normaldır. 40 dəqiqə sonra sobadan çıxarın, tam soyudun. Saat yarım sonra üzərində kəhrəba rəngində "göz yaşları" - şirə damlaları çıxacaq.
Mələyin göz yaşları resepti - FOTO RESEPT

Mələyin göz yaşları resepti - FOTO RESEPT

Mələyin göz yaşları resepti - FOTO RESEPT

Mələyin göz yaşları resepti - FOTO RESEPT

Mələyin göz yaşları resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, dəqiqə, yumurtanın, Sufle, çıxarın, pudrası, qoyun, bişirin, çalın, sonra, qarışdırın, qabartma, yaşları, sufleni, üstünə, qoyub, alınca, saxlamayın, Sonra, qızılı
BİZİ İZLƏYİN