• Gilənar ilə piroq resepti

Reseptin məlumatları Baxış sayı: 3 439

Tarix : 11-10-2019, 12:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
400q un
200q kərə yağı
50q şəkər
2 paket vanil şəkəri
2 ədəd yumurta
Üyüdülmüş darçın bir çindik
Bir çimdik duz

İçlik üçün:
500q gilənar (təmizlənmiş)
2 x.q. şəkər

Hazırlanması:
Soyuq kərə yağını doğrayın. Bir qabda un, şəkər və duzu qarışdırın. Yağı əlavə edin, əlinizlə qarışdırın bu qarışığı. Yumurtaları əlavə edin, qarışdırın. Xəmiri iki yerə bölün, plyonkaya bükün və iki saatlıq soyuducuya yerləşdirin.
Sobanı 180 dərəcəyə qədər isidin. Yağ çəkilmiş formaya xəmirin birinci hissəsini sürtkəcdən keçirdib düzəldin. Sonra gilənarı tökün, şəkər səpin və üstünə ikinci xəmiri sürtkəcdən keçirdin. Sobada 40 dəqiqə bişirin, üstü qırmızı olana qədər.

Nuş olsun!
Etiketlər: şəkər, qarışdırın, əlavə, sürtkəcdən, qədər, hissəsini, keçirdib, birinci, formaya, dərəcəyə, isidin, çəkilmiş, düzəldin, xəmirin, gilənarı, dəqiqə, Sobada, bişirin, qırmızı, olana
BİZİ İZLƏYİN