• Yaponiyanın "Kastello" biskviti resepti

Reseptin məlumatları Baxış sayı: 6 151

Tarix : 15-10-2019, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yumurta 4 ədəd
Şəkər 110q
Un 100q
Duru bal 2-3 x.q.
İsti su 1 1/3 x.q.

Hazırlanması:
Sobanı 180 dərəcəyə qədər isidin. Unu ələkdən keşirdin. Yumurta ilə şəkəri qarışdırın və bu qabı qaynar su üzərinə yerləşdirin və eyni zamanda mikserlə yüksək sürətlə 6 dəqiqə çalın. Qarışıq 4 qat böyüyəcək. Bal əlavə edin orta sürətlə çalın.
Unun 1/3 hissəsini qatın, orta sürətlə tez qarışdırın. Yenə unun 1/3 hissəsini əlavə edin və astaca qarışdırın. Qalan unu əlavə etdikdən sonra 1 dəqiqə çalın. Çox uzatmayın, çünki xəmir havalı olmalıdır.
Dördbucaq formaya perqament kağızı yerləşdirin. Xəmiri tökün və üzərindən bıcaq ilə keçirdin ki köpük qalmasın.
180 dərəcədə bişirin, üzəri qəhvəyi olan kimi üzərinə folqa çəkinvə 170 dərəcəyə qədər azaldın. Birlikdə bu proses 55 dəqiqə çəkməlidir.
Keksi formadan çıxardın, üzərinə plyonka örtün, qab üzərinə çevirin və paketdə 12 saat saxlayın ki keks nəm olsun.
Süfrəyə verməmişdən öncə qıraqlarını kəsin.

Nuş olsun!
Etiketlər: üzərinə, sürətlə, qarışdırın, dəqiqə, çalın, əlavə, hissəsini, Yumurta, yerləşdirin, qədər, dərəcəyə, Birlikdə, çəkinvə, azaldın, köpük, keçirdin, qalmasın, proses, bişirin, bıcaq
BİZİ İZLƏYİN