• Nar ilə şokoladlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 3 354

Tarix : 23-10-2019, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Un 150 q
Kakao 50 q
Yumurta 3 ədəd
Kərə yağı 150 q
Üyüdülmüş fındıq 80 q
Konyak 80 ml.
Acı şokolad 78% 200 q
Qəhvəyi şəkər 100 q
Ağ şəkər 100 q
Qaymaq 35% 270 ml.
Qabartma tozu 1 ç.q.
Qatılaşdırılmış süd 4 x.q.
Bir çimdik duz
Nar dənələri (bəzək üçün)

Hazırlanması:
Yağı doğrayın, şokoladı xırda hala salın, bir qaba yerləşdirin və əridin. Yaxşı qarışdırın və soyudun. Yumurtaları ağ, qəhvəyi şəkər və duz ilə çalın. Şokoladlı qarışığı əlavə edin, qarışdırın.
Unu qabartma tozu ilə ələyin. Kakao və fındığı əlavə edin.
Xəmirə 170 ml qaymaq, qatılaşdırılmış süd, 60 ml konyak əlavə edin və qarışdırın. Un ilə olan qarışığı əlavə edin. Formaya tökün. Dəmir və ya keramik forma olsa yağ çəkin və un səpin. 45-50 dəqiqə 180 dərəcədə bişirin. Soyudun.
Qlazur üçün 100 q şokoladı 100 ml qaymaq və 2 x.q. qatılaşdırılmış süd ilə əridin. Konyak əlavə edib qarışdırın və keksin üzərinə tökün. Qlazur donanda nar dənələrini səpin.

Nuş olsun!
Etiketlər: əlavə, qarışdırın, şəkər, səpin, qatılaşdırılmış, şokoladı, əridin, qaymaq, Kakao, tökün, qarışığı, Qlazur, Konyak, fındığı, Xəmirə, konyak, Formaya, forma, keksin, Soyudun
BİZİ İZLƏYİN