• Sobada çizkeyk resepti

Reseptin məlumatları Baxış sayı: 4 785

Tarix : 25-10-2019, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Peçenye 250q
Kərə yağı 125q
Yumşaq kəsmik 500q
Qaymaq 250 ml
Şəkər 125q
3 ədəd yumurta
Un 3 x.q.
Duz bir çimdik

Hazırlanması:
Peçenyeni xırda əzin, əridilmiş yağ əlavə edin, qarışdırın. Formaya tökün, üzərindən əlinizlə basın, qıraqlarını yaxşı düzəldin. 180 dərəcəyə qədər isidilmiş sobada 10 dəqiqə bişirin. Sarıları şəkərlə yaxşı çalın, qarışıq ağ olana qədər. Sonra kəsmik, qaymaq və un əlavə edin. Yenə yaxşı çalın.
Başqa qabda yumurta ağlarının duz ilə çalın. Yumurta sarısı olan qarışığa əlavə edin, qarışdırın.
Kəsmikli qarışığı peçenyenin üzərinə tökün və 160 dərəcədə 50-60 dəqiqə bişirin. Çizkeyki soyumuş halda süfrəyə verin.

Nuş olsun!
Etiketlər: yaxşı, çalın, əlavə, qarışdırın, tökün, qədər, bişirin, dəqiqə, kəsmik, yumurta, Yumurta, sarısı, qarışığa, ağlarının, qabda, Başqa, Sonra, Kəsmikli, qaymaq, qarışığı
BİZİ İZLƏYİN