• “Kivi” çizkeyki resepti

Reseptin məlumatları Baxış sayı: 3 237

Tarix : 28-10-2019, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Peçenye 200q
Kərə yağı 100q

Krem üçün:
Krem pendir 400q
Yağlı qaymaq 33% 350ml
Şəkər pudrası 150q
Vanil şəkər 1 paket
Limon şirəsi 1 ədəd
Jelatin 10q

Kivi layı:
Kivi 1 kilo
Şəkər pudrası 200q
Jelatin 20q

Hazırlanması:
Peçenyeni xırdalayın, əridilmiş kərə yağı əlavə edin və qarışdırın. 24 sm dairəvi formaya perqament kağızı yerləşdirin. Peçenyedən alt qat düzəldin.
Qaymağı vanil və şəkər pudrası ilə çalın krem olana qədər. Jelatini üzərindəki qayda üzrə hazırlayın. Krem pendirə limon şirəsi və jelatin əlavə edin, qarışdırın. Sonra qaymağı əlavə edib yenə qarıçdırın. Bu qarışığı alt qatın üzərinə tökün.
Bir kəsanı plyonkaya bükün və krem pendirli qarışığın üzərinə yerləşdirib üstündən basın. Soyuducuda 2 saat saxlayın. Sonra kəsanı və plyonkanı çıxardın.
Kivini təmizləyib blenderdən keçirdin. Şəkər əlavə edib asta od üzərinə yerləşdirin. Şəkər həll olunana qədər bişirin. 20q jelatini üzərindəki qayda üzrə hazırlayın və kivili qarışığa əlavə edin. Qarışıq biraz soyuduqdan sonra onu ağ krem üzərinə tökün.

Nuş olsun!
Etiketlər: əlavə, Şəkər, üzərinə, pudrası, qayda, hazırlayın, üzərindəki, qədər, Jelatin, yerləşdirin, qarışdırın, şirəsi, kəsanı, tökün, şəkər, Sonra, üstündən, pendirli, basın, yerləşdirib
BİZİ İZLƏYİN