• Un və şəkərsiz keks resepti

Reseptin məlumatları Baxış sayı: 4 358

Tarix : 7-12-2019, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : fitfood.azerbaijan


Tərkibi:
3 dənə yumurta
Bir yemək qaşığı yumşaq kəsmik
Bir çimdik duz

Laylar arası:
50 qram yumşaq kəsmik
Bir çay qaşığı bal
Bir çay qaşığı kakao
Üstünə bir dənə çiyələk

Hazırlanması:
Yumurtanın ağını və sarısını ayırırıq. Ağını qabı əyəndə tökülməyəcək həddə çatana qədər blendorla çalırıq. Sonra sarısına bir qaşıq yumşaq kəsmiyi və duzu əlavə edib qarışdırırıq. Sonra qarışdırdığımız məhlulu çalınmış ağa qarışdırırıq. Sonra isə əvvəldən beş dəqiqə 180 dərəcədə qızdırılmış sobada 9-10 dəqiqə bişiririk. Məndə 15 dənə alındı, birinin enerji dəyəri 18 kcaldır.
Üstü üçün olanları isə qarışdırıb arasına çəkirik. Üstü üçün olanlar seçimdən seçimə dəyişir, siz istədiyinizi qata bilərsiz. Səhər yeməyində yağ bal çəkərək də istifadə edə bilərik.

Nuş olsun!
Etiketlər: yumşaq, qaşığı, Sonra, dəqiqə, kəsmik, qarışdırırıq, enerji, birinin, dəyəri, kcaldır, qarışdırıb, olanları, alındı, Məndə, dərəcədə, yumurta, qızdırılmış, sobada, bişiririk, arasına
BİZİ İZLƏYİN