• Dondurmalı-kəsmikli pirojna resepti

Reseptin məlumatları Baxış sayı: 15 811

Tarix : 9-10-2014, 14:00

Bölmə : Piroq və Kekslər / Praktik reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
Kəsmikli lay üçün:

200 q şirin kəsmik
250-300 q dondurma
limon şirəsi
0,5 ç.q. limon sedrası

Peçenye layı üçün:
120 q (12 ədəd) şəkərli peçenye
70-80 q kərə yağı

Hazırlanması:
Əvvəlcə pirojna üçün 200 ml-lik forma seçin. Xüsusi forma yoxdursa, münasib kasalardan istifadə edə bilərsiniz. Əgər bu da yaramırsa, 1 iri forma götürün. O zaman çizkeyk kimi alınacaq, ancaq layların sıralanmasını dəyişməli olacaqsınız.

Şirin kəsmik müxtəlif əlavəli - vanilli, kişmişli, ərikli, şokoladlı ola bilər.

Adi kəsmikdən istifadə edəcəksinizsə, onu ələkdən keçirin, yaxud da blenderdə xırdalayın və qatılaşdırılmış südlə qarışdırın.

Formaları nazik qat kərə yağı ilə yağlayın. Bunları 5-10 dəqiqə dondurucuda saxlayın.
Sonra dondurmanı otaq temperaturunadək yumşaldın. Kəsmiklə qarışqdırın, dadına baxın, əgər çox şirindirsə, limon şirəsi və sedra əlavə edin. İstəyə görə giləmeyvə, qoz-fındıq və şokolad əlavə edə bilərsiniz.

Sonra bu qarışığı formalara töküb dondurucu kameraya qoyun, qarışıq tam donmalıdır.

Peçenyeləri xırdalayıb yumşaldılmış kərə yağı ilə qarışdırın. Formaları bir-bir soyuducudan çıxarıb dondurmalı kəsmiyin üstünə peçenye qatını qoyun, azca basdalayın ki, səpələnib dağılmasın, sonra formanı yenidən dondurucuya qoyun.

Süfrəyə verərkən formaları boşqaba tərs çevirin. Əgər çox donubsa və pirojna içindən çıxmırsa, formaları qaynar suya salıb 10-30 saniyə saxlayın. Pirojnanın üstünə şokolad, qoz-fındıq, kakao səpə, mürəbbə suyu gəzdirə bilərsiniz.

Nuş olsun!
Etiketlər: forma, bilərsiniz, limon, qoyun, fındıq, üstünə, Formaları, istifadə, pirojna, formaları, qarışdırın, şokolad, Sonra, şirəsi, kəsmik, saxlayın, əlavə, peçenye, Peçenyeləri, qarışıq
BİZİ İZLƏYİN