Tərkibi:Rikotta - 200 qram
Yumşaq kəsmik 170 qram
Yumurta - bir dənə
Düyü unu - 50 qram
Şirinləşdirici ( mən iki yemək qaşığı bal qatdım)
Bir xörək qaşığı kakao
Hazırlanması:Əvvəlcə yumurtanı yaxşıca çalırıq, sonra rikottanı əlavə edib çalmağa davam edirik, qarışdırdıqca yumşaq kəsmiyimizi əlavə edirik, daha sonra bal, un və kakaonu da qarışdıraraq əlavə edirik. Ən sonda alınmış qarışımı 180 dərəcəlik sobaya 35-40 dəqiqəliyə göndəririk.
Nuş olsun!
Etiketlər: əlavə, edirik, qaşığı, sonra, kəsmiyimizi, kakaonu, qarışdırdıqca, qarışdıraraq, davam, yumşaq, sonda, dəqiqəliyə, göndəririk, olsun, sobaya, dərəcəlik, alınmış, qarışımı, çalmağa, rikottanı