Tərkibi:500 qr mascarpone
5 ədəd yumurta
100 qr şəkər pudrası
200 qr qaymaq
Lady finger və ya Vichenzy peçenyası
1 stəkan ev şəraitində hazırlanmış kofe işkisi
Hazırlanması:Yumurtanın ağı və sarısını bir-birindən ayırırıq
500 qr mascarpone, 5 ədəd yumurta sarısı, 100 qr şəkər pudrasını mikserlə qarışdırııq
5 ədəd yumurta ağı ayrı bir qabda mikserlə köpükləndirilir
200 qr qaymaq da digər bir qabda mikserlə çırpılır
Alınan 3 məhlul bir-birinin üzərinə əlavə olunur və əl ilə yavaş-yavaş qarışdırılır. Son məhlul soyuducuya yerləşdirilir
Daha sonra Lady finger və ya Vichenzy peçenyası 1 stəkan ev şəraitində hazırlanmış kofe içkisində isladılır
Soyuducudan çıxarılmış məhlulu viski stəkana yarıya qədər doldururuq, daha sonra kofedə islanmış peçenyanı stəkana qoyuruq, daha sonra isə stəkanda qalan boşluğu qalan məhlul ilə doldururuq
Servis zamanı stəkanın üzərinə kakao tozu əlavə edərək hər stəkanın üzərinə 1 ədəd çiyələk əlavə etməl olar.
Nuş olsun!
Etiketlər: məhlul, üzərinə, sonra, mikserlə, əlavə, yumurta, şəkər, qabda, doldururuq, yavaş, mascarpone, stəkana, qaymaq, stəkanın, qalan, şəraitində, peçenyası, stəkan, Vichenzy, finger